BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM


VƏ`DƏSİ VERİLMİŞ MƏHDİ (Ə.C.) ZÜHUR DÖVRÜ

Və`dəsi verilmiş Məhdi (ə.c.)-in zühur edəcəyi dövr haqqında çoxlu hədislər gəlmişdir. Həmin dövrdə yer kürəsində vahid hökumət bərpa olunacaqdır.

 Bütün batil dinlər məhv olaraq aradan gedəcək, yer üzərində vahid din olaraq haqq din – İslam dini olacaqdır. Bütün insanlar bu dinə iman gətirəcək, bu din vasitəsilə haqqa qovuşaraq öz Xaliqlərinə ibadət edəcəklər. İndiki dövürdə olan zülm, haqqsızlıq aradan gedərək o Həzrətin əli ilə yer üzü ədalətlə dolacaqdır. Belə ki, bütün insanlar öz haqqına yetişəcək və heç kəs onların haqqını qəsb edə bilməyəcəkdir.

Yaranacaq vahid hökumətdə bütün dövlət qanunları – indiki zamanda insanlar vasitəsi ilə təsis olunan və iki gündən bir dəyişən heç bir həqiqəti olmayan, ədaləti təcəssüm etdirməyən qanunlar kimi olmayıb – Xaliqin özü, öz məxluqu üçün tə`yin etdiyi və İslam dini adı ilə bizə göndərdiyi müqəddəs qanunlar əsasında olacaqdır. Həmin dövürdə İmamın vasitəsilə İslamın həqiqəti Peyğəmbərin zamanında olduğu kimi insanlara çatdırılacaq, hal-hazırda bizə aydınlaşmayan məsələlər İmamın mübarək vücudu vasitəsilə bizlərə çatdırılacaqdır.

Müxtəlif hədislərdə o dövrün əzəməti barəsində bəyan edilmişdir. Bu hədislərə təkyə edərək həmin zamanda baş verəcək dəyişikliklərdən onunu sizlərə çatdırmaqla kifayyətlənirik:

1-İslam hakimiyyəti bütün dünyada

İmam Baqir (ə) bu ayənin «Və qatlihum hətta latəkun fitnə və yəkunəddinə lillah» (İnfal 39) təfsiri barəsində belə buyurur:

«Bu ayənin təvili hələ gəlməmişdir. Elə ki, təvili yetişdi İmam Mehdi müşriklərdən o qədər öldürəcək ki, yerdə qalanlar Allahın izzət və cəlalına pərəstiş etsinlər. Həmin zamanda şirkdən heç bir əsər əlamət qalmaz. Bunların hamısı bizim Qaimimizin zamanında baş verəcəkdir.»

İmam Sadiq (ə) buyurur:

«Həzrət Qaim qiyam edən zaman elə bir şəhər qalmayacaq ki, oradan kəlmeyi şəhadət sədası eşidilməsin.»

2-Dini ayinlərin bərpası

İmam Kazim (ə) Hədid surəsinin 17-ci ayəsinin təfsirində o Həzrətin Qiyamına işarə edərək buyurur:

«Bu ayədə məqsəd Allahın yer üzünü yağışla diriltməsi deyil. Allah elə insanlar vücuda gətirəcək ki, onların əli ilə yer üzündə ədalət və dini ayinləri dirçəldəcəkdir.»

3-Quranın dirilməsi və Qur`an maarifi

İmam Əli (ə) O həzrətin qiyamına işarə edərək buyurur:

«Əhli beyt şiələrini görürəm ki, Kufə məscidinə yığışıb xeymələr qurmuşlar və orada Qur`ani kərim peyğəmbərə necə nazil olmuşdusa elə o cür başqalarına öyrədirlər.»

(Biharül ənvar c. 52 səh. 366)

Əmir əl-möminin (ə) digər bir xütbəsində İmam Zamanın dünyanı (ə) idarə üsulu barəsində buyurur:

«İnsanlar haqqı öz həvayi nəfslərinə tabe etdikləri zaman, o zühur edəcək və nəfsani istəkləri haqqa tabe edəcək.»

(Nəhcül bəlağə xütbə 138 s. 190)

«İnsanlar Qur`anı öz rəylərinə əsasən təfsir etdikləri zaman o zühur edəcək və düşüncələri Qur`ana uyğunlaşdıracaq.»

4-Ədalətin yayılması və zülmün aradan qaldırılması

Həzrəti Rəsul (s) buyurur:

«Həzrət Məhdi (ə) mənim övladlarımdandır. O qeybə çəkiləcək və nəhayət zühur edərək zülümlə dolmuş yer üzünü ədalətlə dolduracaq.»

(Yənabiul məvəddət s. 668)

Bu və digər hədislər sünnü və şiə kitablarında mütavatir həddindədir. Onaların çoxunda ədalət və qist bir-birinin kənarında gəlmişdir. Bu iki kəlmənin bir-birindən fərqi vardır.

Ədl qistdən daha geniş mənaya malikdir. Qist ancaq başqalarının haqqına riayət etməkdir ədl isə hamının və hər şeyin haqqına riayətdir. Qist yalnız başqaları üçün işlənir, ədl isə insanın özü ilə, Allahı ilə və başqalarıyla rabitəsinə də şamil olur. Qist sövrün ziddinədir, ədl zülmün.

5-İslamın çiçəklənməsi

İmam Sadiq (ə) buyurur:

«O, Həzrət qiyam etdiyi zaman insanları yenidən İslama də`vət edəcək.»

(Biharül ənvər c. 51 səh. 30)

Peyğəmbərin vəfatından sonrakı dövr həqiqətən də çox böhranlı bir dövr idi. Xəlifələrin hakimiyyətə gəlməsi, İslam mənbələrinin, din maarifində səhv təfsirlərin mövcudiyyətinə gətirib çıxardı. Camaatın Peyğəmbərin həqiqi davamçıları olan Əhli beytdən uzaqlaşması, məxsusən uzun müddətli qeyb dövründə vəhyin əsl həqiqətləri müsəlmanlara qaranlıq qaldı.

İmam Sadiq (ə) əvvəlki sözlərinin davamında buyurur:

«O, yenidən camaatı islama də`vət edəcək və onları unudulmuş hökmləri yerinə yetirməyə vadar edəcək. Həqiqətən 12-ci imam camaatı unudulmuş hökmlərə tərəf hidayət etdiyi üçün «Məhdi», Haqq uğrunda qiyam etdiyi üçün «Qaim» adlandırılmışdır.»

İmam Baqir (ə) həzrət Məhdinin hökumətinin idarə üsulu haqqında buyurmuşdur:

«O, Peyğəmbər (s) kimi rəftar edəcək. Xürafatları aradan aparacaq, necə ki, Allah Rəsulu (s) cahiliyyət dövrünün tör-töküntülərini aradan apardı. O İslamı əvvəlki halına qaytaracaq.»

(Mikayalul Məkarim c. 1 səh. 57 hədis 98)

6-Elm və maarifin kamalı

İmam Sadiq (ə) buyurur:

«Elm iyirmi yeddi hissədən ibarətdir. Peyğəmbərlərin gətirdiyi elmlər yalnız iki hissədir. Deməli indiki insanlar iki hərfdən artıq heç nə bilmirlər. Qaimimiz qiyam edən zaman iyirmi beş hərfini aşkar edər və camaat arasında aşkar olan iki hissəyə də əlavələr edər.»

(Biharul ənvar cild 52 səh. 336 73-cü hədis)

«Elm öyrənmək vasitəsi o qədər çox yayılacaq, elm öyrənmək o qədər asanlaşacaq ki, hamı elmə yiyələnəcək və daha bir-birinin elminə ehtiyac duymayacaqlar.»

İmam Baqir (ə) buyurur:

«Həzrət Məhdi (ə) hikmət və elmi aşkar edən zaman qadın öz evində Allahın kitabı və peyğəmbərin sünnətinə əsasən hökm verər.»

(Biharul ənvər c. 52 s. 352)

Əli (ə), Məhdinin (ə) zühurundan sonrakı dövr barəsində buyurur:

«Elm mö`minlərin ürəklərinə yayılar və artıq mö`min öz mö`min qardaşının elminə ehtiyac duymaz.»

(Bihərul ənvar c. 53 səh. 76)

7-Ağılların inkişafı

İmam Baqir (ə) buyurur:

«Bizim qaimimiz qiyam edən zaman Allah taala əlini bəndələrinin başı üzərinə qoyar və bununla da onların ağıllarını cəmləşdirib düşüncələrinə kamillik bəxş edər.»

(Muntəxəbül əsər fəsl 7 bab 12 səh. 473)

«Bütün yaxşılıqları ağılda tapmaq olar»

«İnsanın dini ağlıyladır. Hər kəsin ağlı yoxdursa dini yoxdur»

«Mömün insanın yol göstərəni ağlıdır»

«Ağlı istiqamətlənməyən şəxsin dini istiqamətlənməz»

Xeyir işin dəyərini həmin şəxsin ağlında tap:

«Camaat yaxşı işlər edirlər amma öz savablarını qiyamət günü öz ağılları qədər taparlar.»

Şəxsin dinini onun ağlı ilə müqayisə et:

«Bir nəfərin müsəlmanlığı sizi təəccübləndirməsin o zaman ki, onun düşüncəsinin dərinliyini yoxla.»

Bunlar ağılın əhəmiyyəti barədə olan hədislər idi. Bəşəriyyətin başına gələn bütün bəlalar onun ağlının, dərk səviyyəsinin darlığından irəli gəlmişdir.

8-Əmniyyət və rahatlıq

«Onun zamanında «qoyun və canavar», «inək və şir», «insan və ilan» mehribanlaşar.»

(Biharül ənvar c. 51 s. 61)

Həzrət İdrisin (ə) səhifəsindən nəql olunur:

«Ali Muhəmmədin qaimi zahir olan zaman yer üzü əmniyyət tapar. Bir-birinə zərər vurmaq və qorxu aradan gedər. Vəhşi heyvanlar insanlarla yaşayar və bir-birinə əziyyət yetirməzlər.»

(Biharül ənvar c. 52 s. 384)

Əmirəl Mö`minin Əli (ə) buyurur:

«Həzrət Mehdinin dövründə bir qadın Şam və İraq arasında yol gedərkən ayağını yaşıllıq və bitki üzərindən başqa yerə qoymaz. Onun yanında qiymətli əşyaların olmasına baxmayaraq heç bir quldur ona hücum etməz və o qadın heç nədən qorxmaz.»

(Mikyalul Məkarim c. 1 s. 101 hədis 228)

9-Könüllərin ülfəti

Əmirəl-mö`minin Əli (ə) Peyğəmbərdən soruşur:

«Mehdi (ə) bizim ailəmizdəndir?

Bəli, Allah taala dini bizim əlimizlə başladığı kimi onun əlilə yekunlaşdıracaq. Camaat onun vasitəsilə fitnələrdən qurtular necə ki, bizim vasitəmizlə şirkdən nicat tapdılar, Allah taala onun vasitəsilə fitnə və düşmənlikdən sonra ülfət və qardaşlıq vücuda gətirəcək necə ki, bizim vasitəmizlə düşmənlik və şirkdən sonra dində ülfət vücuda gətirdi.»

(Biharul ənvar c. 51 hədis 34)

Əli (ə) buyurur:

«Allah taala Həzrət Mehdi (ə) vasitəsilə müxalif ürəklər arasında ülfət və dostluq vücuda gətirəcəkdir.»

Digər hədisdə buyurur:

«Bizim qaimimiz qiyam edərkən göy yağışını yağdırar, yer bitkilərini bitirər və düşmənlik və kin bəndələrin ürəklərindən gedər.»

10-yer üzünün günahlardan paklanması

İmam Sadiq (ə) Məhdi (ə) zühurundan sonra camaatın halı barəsində buyurur:

«Yer üzündə Allahın fərmanından qaçılmaz və itaətsizlik olmaz.»