İMAM ZAMAN ( Ə .F.) DÜNYA QÜDR Ə TL Ə RİN Ə NEC Ə Q Ə L Ə B Ə ÇALACAQDIR?

Dünyada üzdəniraq alimlər kütləvi qırğın silahları istehsal etməkdə bir-birləri ilə yarışdıqları dövrdə dünya sülh üzü görməyəcək, ədalətsizlik hökm sürəcək və fövqəlqüdrətlər həmişə müharibə və hərbi müdaxilə yolu ilə öz nüfuz dairələrini daha da genişləndirməyə can atacaqlar. Belə bir şəraitdə insanları ümidsizlik bürüyəcək və təcavüzlə fəsad çoxalacaqdır. Eyni halda müharibə və təcavüzdən uzaq ədalətli bir hökuməti qəbul etməyə zəmin yaranacaq. Bütün millətlər zülmkar və diktator hökumətlərdən təngə gələcəklər və fəsadla ədalətsizliyin yayılması dünyanı bir partlayış ərəfəsinə aparacaqdır; Eynilə Hicaz ölkəsində beş əsr cahiliyyət və zülmün hökm sürməsindən sonra islamın parlaq ulduzunun doğmasına zəmin yarandığı və züml altında yaşayan xalq kütlələri islamı qəbul etməyə hazır olub Peyğəmbərin tövhid və ədalətə çağırmasını müsbət qarşılayaraq dəstə-dəstə onun dinini qəbul etdikləri şərait kimi bir şərait meydana gələcəkdir.

Ə gər dünyada baş verən inqilablara diqqət yetirsək, başa düşərik ki, inqilab rəhbərlərinin müvəffəqiyyət əldə etmələrinin əsas səbəbi cəmiyyətdə uyğun zəminin yaranmasından ibarət olub, zülmkar rəhbərlərin təzyiqi nəticəsində xalq hakimiyyəti inqilabçılara təhvil veribdir.

Buna görə də Mehdinin qiyam və inqilabı bir təbii bazaya, yə`ni cəmiyyətdə mövcud olan əlverişli şəraitə əsasən baş verəcəkdir. Həzrətin inqilabı regional deyil, ümumdünya xarakteri daşıdığına görə bütün xalqlar bu inqilabı qəbul etməyə hazır olmalıdırlar. Bu da o vaxt mümkündür ki, Peyğəmbərin dediyinə görə, zülm, fəsad və pozğunçuluq bütün dünyanı bürüsün və hökumətlərin şiddətli təzyiqi nəticəsində xalq kütlələri yardım əllərini ona tərəf uzadıb səmimi qəlbdən də`vətini qəbul etsinlər.

Belə bir şəraitdə dünyanın fövqəlqüdrətləri, bütün hərbi texnika və təchizatlarına baxmayaraq onların inqilabının qarşısını almağa qadir olmayacaqlar.

Dünya ruhi bir böhran içərisindədir və fövqəladə bir rəhbərə möhtac olacaqdır. Elə bir rəhbər ki, insan mədəniyyəti və tarixi ilə yaxından tanış olub, yüz illər boyunca bütün tarixi hadisələrin bilavasitə şahidi olub və hiss edibdir.

Allah tərəfindən verilən vəzifənin hökmünü aldıqdan sonra ədalət və insanlıq fəryadını yayacaq və tarix boyu müxtəlif zülmlərə mə`ruz qalan müstəzə`f xalq kütlələrini ətrafında cəmləşdirərək zalım hökumətləri devirəcəkdir. O, vahid dünya islam dövlətinin sayəsində qüvvələrindən bir-birinə qarşı istifadə edən xalqların ürəyini birləşdirəcək və onlar da bir-birlərinin rifah və dincliyi üçün çalışacaqlar. Beləliklə qorxu və nigarançılıqdan uzaq, ne`mət və rifahla dolu parlaq bir dünya yaranacaqdır.