Bə’zi cahil və ya inadkar şəxslər imam Məhdi
(ə.c.)-ın zühur etməsini inkar etmək üçün əhli-sünnətin bir sıra hədis kitablarında Məhəmməd ibn Xalid Əl-Cənədinin vasitəsi ilə nəql olunmuş hədisə arxalanırlar ki, hədis belədir:
«Məhəmməd ibn Xalid Əl Cənədi, Əban ibn Saleh ibn Əyyaşdan,
o da Əl-Həsən Əl-Bəsridən, o isə Ənəs ibn Malikdən nəql edir ki, həzrət peyğəmbər (s.ə.v.s.) buyurub:
لاَ
مَهدِىَّ
اِلاَّ
عِيسَى بْنِ
مَرْيَمَ
«...Məryəm oğlu İsadan başqa Məhdi (adlı) heç bir şəxs olmayacaqdır.»[1]
Hətta ibn Xəldun (732-808 h.q. və
1332-1405 miladi) öz kitabında bu kimi hədislərə əsaslanaraq imam Məhdi (ə)-a aid hədislərin bir-biri ilə zidd olduğunu iddia etmişdir.[2]
Cavab:
Qeyd olunmuş şübhəyə belə cavab veririk:
1 – Hər şeydən qabaq nəql olunmuş hədis, sənəd (onu rəvayət edənlər) baxımından əsassız və zəif sayılır.
Çünki onu rəvayət edənlər arasında Məhəmməd ibn Xalid Əl-Cənədi mövcuddur ki, onun haqqında təkcə əhli-sünnət alimlərinin nəzərini qeyd etməklə kifayətlənirik:
1) –
Əbul Fəth
Əl-Əzdi Məhəmməd ibn Xalidin «munkərul hədis»[3]
olduğunu bəyan etmişdir.[4]
2) –
Əbdullah Əl-Hakim onun «məchul»[5]
olduğunu vurğulamışdır.[6]
3) –
Əhməd
ibni əli ibni Həcər Əl-Əsqəlani (773-852 h.q.) isə Məhəmməd ibn Xalidin «məchul» olduğunu bəyan etmişdir.[7]
4) –
Həmçinin Beyhəqi də onun bu vasitələrlə nəql etdiyi rəvayətin müxtəlif yollarla zəif və məchul olduğunu bildirmişdir.[8]
Beləliklə də hədis elmi baxımından belə bir həddə e’tibarsız və zəif sayılan şəxsin nəql etdiyi hədis də əsassız və e’tibarsızdır və onu heç vaxt qəbul etmək olmaz.
Bu isə təkcə şiənin sözü deyil, əksinə ilk növbədə əhli-sünnət alimlərinin irəli sürdüyü bir nəzərdir.
2 – Qeyd olunduğu kimi Məhəmməd ibn Xalid Əl-Cənədinin nəql etdiyi bu rəvayət zəif və e’tibarsız olan vahid bir rəvayətdir. Lakin əvvəlcə qeyd etdiyimiz kimi imam Məhdi (ə.c.) barədə həzrət peyğəmbər (səlləllahu ələyhi və Alihi və səlləm)-dən saysız-hesabsız səhih və e’tibarlı hədislər nəql olunmuşdur ki, bu da onları «təvatür» həddinə yetirmişdir.
Beləliklə biz heç də yüzlərcə səhih, e’tibarlı və mütəvatir hədisləri kənara qoyub, Məhəmməd ibn Xalid kimilərin nəql etdiyi zəif və e’tibarsız olan vahid hədisi qəbul edə bilmərik.
Həmçinin bir çox əhli-sünnət alimi imam Məhdi (ə) barədə nəql olunmuş hədislərin e’tibarlı (səhih) və mütəvatir olmasına e’tiraf və tə’kid etmişlər.
3 – Bir sıra
əhli-sünnət alimləri də Məhəmməd ibn Xalidin nəql etdiyi bu zəif və e’tibarsız hədis barəsində öz nəzərlərini bildirmişlər ki, burada onların bir neçəsini qeyd edirik:
1) –
Əl-Hafiz Əl-Hakim Əl-Neysaburi (vəfat:
405 h.q.) öz kitabında bu hədisi nəql etdikdən sonra belə deyir:
فَذَكَرْتُ
مَا انْتَهَى
اِلَىَّ مِنْ
مِلَّة هذَا
الْحَدِيث
تَعَجُّبًا
لاَ مُحْتَجًا
بِهِ فِى
الْمُسْتَدْرَكِ
عَلَى الشَّيْخَيْنِ
رضى الله
عنهما ...
«Mən bu hədisi
bu kitabda onun Buxari və Müslim tərəfindən öz kitablarında nəql olunmaması üçün deyil, yalnız təəccüb əsasında qeyd etmişəm...»
O sözünün davamında belə deyir:
«Çünki bu hədisdən daha üstünü Süfyan Əl-Suri, Şə’bə, Zaidə və sair şəxslərin Əbdullah ibn Məs’ud vasitəsi ilə həzrət peyğəmbərdən (s) nəql etdikləri hədisdir ki, o həzrət (s.ə.v.s.) buyurub:
لاَ
تَذْهَبُ
الْاَيَّامُ
وَ
اللَّيَالِى حَتَّى
يَمْلِكُ
رَجُلٌ مِنْ
اَهْلِ بَيْتِى
يُوَاطِئُ
اسْمُهُ
اسْمِى وَ
اِسْمُ اَبِيهِ
اِسْمُ اَبِى
فَيَمْلَاُ
الْاَرْضَ
قِسْطًا
عَدْلاً
كَمَا
مُلِئَتْ جَوْرًا
وَ ظُلْمًا
«Gündüzlər və gecələr qurtarmazdan qabaq mənim əhli-beytimdən olan bir nəfər (yer üzünün) hakimi olacaqdır. Onun adı mənim adım və atasının adı atamın adındandır. O yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq və ədalətlə dolduracaqdır.»[9]
2) –
Əl-Hafiz Əl-Gənci
Əl-Şafei
(vəfat: 658 h. q.) öz kitabında bu hədisin vahid olduğuna işarə etdikdən sonra Əl- Şafei Əl-Mətləbidən belə nəql edir:
كَانَ
فِيهِ
تَسَاهُلُ
فِى
الْحَدِيثِ ...
اتَّفَقُوا
عَلَى اَنَّ
الْحَدِيثَ
لاَ يُقْبَلُ
اِذَا كَانَ
الرَّاوِى
مَعْرُوفًا
بِالتَّسَاهُلِ
فِى رِوَايَتِهِ
«(Məhəmməd bin Xalid) hədis nəql etməkdə səhlənkarlığa yol verən olmuşdur... (Və əhli-sünnət alimlərinin) nəzərinə əsasən rəvayətdə səhlənkarlığa yol verən adı ilə tanınmış şəxsin (rəvayət edənin) hədisi qəbul olunmaz.»
Həmçinin Cənab Şafei bu kitabda imam Məhdi (ə.c.)-a aid nəql olunmuş hədislərin təvatür həddində olduğuna da e’tiraf etmişdir.[10]
3) –
Məhəmməd ibn Əhməd Əl-Zəhəbi (vəfat: 748 h. q.) bu haqda belə deyir:
حَدِيثُهُ
لاَ
مَهْدِىَّ
اِلاَّ
عِيسَى بْنُ
مَرْيَمَ، وَ
هُوَ خَيْرٌ
مُنْكَرٌ ...
«(Məhəmməd ibn Xalidin nəql etdiyi) Məryəm oğlu İsadan başqa Məhdi (adlı heç bir şəxs) olmayacaqdır – hədisi munkər (e’tibarsız və zəif) bir hədisdir...»[11]
4) –
Şəhabəddin əhməd ibni Əli ibni Həcər əl-Əsqəlani (773-852 h. q.) də öz kitabında Məhəmməd ibn Xalidin hədis alimləri baxımından məchul və zəif olduğunu bəyan edərək imam Məhdi (ə) haqqında nəql olunmuş hədislərin təvatür həddinə çatmasına tə’kid etmişdir.[12]
4 – Həzrət peyğəmbər (səlləllahu ələyhi və Alihi və səlləm)-in imam Məhdi (ə) barədə buyurduğu hədislər bir çox səhabələr vasitəsi ilə nəql olunmuşdur ki, burada onlardan 45 nəfərinin adları və habelə hədisləri nəql olunmuş əhli-sünnət kitablarının dəqiq ünvanını qeyd edirik:[13]
1- Əmirəl
mö’minin Əli (ə); Sunəni
Əbi Davud
4/108/4290
2- Əbu Əyyub Əl- ənsari;
Əl-mö’cəmul
səğir/ Əl Təbərani, 1/137
3- Əbu Umamə
Əl-Bahili Sə’d ibn Əclan; Əl-bəyan/
Əl-Gənci,
səh. 137
4- Əbu Səid
əl-Xudri; Sunəni Əbi Davud 4/107/4285
5- Əbu Silmi; Fəraidus-Simtəyn/
Əl- Xorasani Əl-Cuvəyni
2/319/571
6- Əbut-Tufəyl
Amir ibn Vasilə; Əl-musnəd/ Əhməd ibn Hənbəl 1/99
7- Əbu Ləyal;
Əl-mənaqib/
Əl-Xarəzmi,
səh. 23-24
8- Əbu Vail; Əqud-durər/
Cəmaləddin Əl-Dməşqi, səh. 45 və 62
9- Əbu Hüryerə;
Səhih əl-Buxari, 7/178
10- Ənəs ibn Malik; Sunənu
ibn Macə 2/1368/4087
11- Təmim
Əl-Dari; Əl-ərais/
Əl-Sə’ləbi, səh
210
12- Səvban;
Sunənu ibn Macə 2/1367/4084
13- Cabir ibni Səmurə; Əl-burhan/ Əl-Muttəqi
Əl-Hindi, səh.
175
14- Cabir ibni əbdillah Əl-Ənsari; Əl-Musnəd/
Əhməd
ibn Hənbəl 3/384
15- Cabir ibn əbdillah Əl-Sədəfi; Əl-Mö’cəmul
kəbir/ Əl-Təbərani 22/374/937
16- İmam
Həsən Müctəba (ə); Yənabiul məvəddət/ Əl-Qunduzi 3/393
17- İmam
Hüseyn (ə); Əl-burhan/ əl-Muttəqi
Əl-Hindi, səh.
94, hədis/17-18
18- Salman Əl-Farsi; Məqtəlul Hüseyn/ Əl-Xarəzmi,
1/146
19- Təlhə ibni Ubeydullah; Əl-burhan/ Əl-Muttəqi
Əl- Hindi, səh.
71
20- Abbas ibni Əbdil-Muttəlib;
Əl-Məhdiyyul Muntəzər/ İbni Siddiq, səh. 12
21- Əbdür-Rəhman
ibni Ovf; Əl-bəyan/
Əl-Gənci,
səh. 139
22- Əbdullah ibni əl-Hərs (Əl-Haris); Sunənu
ibni Macə, 2/1367/4088
23- Əbdullah ibni Abbas; Əl-Fusulil muhimmə/
İbn Əl-Səbbağ, səh. 293
24- Əbdullah ibni Ömər; Əl-Fusulil muhimmə/
İbn Əl-Səbbağ, səh. 292
25- Əbdullah ibn Əmr ibn Əl-As; Əl-bəyan/
Əl-Gənci,
səh. 131-133
26- Əbdullah ibni Məs’ud; Əl fusulul muhimmə/
İbn Əl-Səbbağ, səh. 294
27- Osman ibn Əbil As; Əl-musnəd/
Əhməd
ibn Hənbəl, 4/216-217
28- Osman ibni Əffan; Əl-Məhdiyyul Muntəzər/ Əl-Siddiq Əl-Məğribi, səh. 12
29- Əlqəmə ibn Əbdullah; Sunənu
ibn Macə, 2/1366/4082
30- Əli Əl-Hilali; Məcməuz-zəvaid/ Əl-Heysəmi, 9/165
31- Əmmar ibn Yasir; Əl-burhan/ Əl-Muttəqi
Əl-Hindi, səh.
75, hədis/ 10
32- Ömər
ibn Əl-Xəttab;
Əl-burhan/ Əl-Muttəqi
Əl-Hindi, səh.
86, hədis/38
33- İmran
ibn Həsin; Əl-musnəd/ Əhməd ibn Hənbəl, 4/437
34- Əmr ibn Əl-As; Əl-burhan/ Əl-Muttəqi
Əl-Hindi, səh.
119, hədis/23
35- Əmr ibn Mərrə; Əl-Məhdiyyul Muntəzər/ İbn Əl-Siddiq, səh. 13
36- Ovf ibn Malik; Əl-mö’cəmul
kəbir/ Əl-Təbərani, 18/51/91
37- Qutadə
ibn Əl-No’man; Əl-burhan/ Əl-Muttəqi
Əl-Hindi, səh.
77, hədis/17
38- Qurrə
ibn Əyas Əl-Məzəni; Yənabiul məvəddət/ Əl-Qunduzi, 2/100
39- Kə’bul Əhbar; Əl-fitən/
Nəim ibn Həmmad, səh. 253
40- Kə’b ibn Əlqəmə; Əl-burhan/ Əl-Muttəqi
Əl-Hindi, səh.
149-151, hədis/ 8 və 13
41- Məaz
ibn Cəbəl; İbrazul vəhmil məknun/ İbn Siddiq, səh. 438
42- Fatimeyi Zəhra
(ələyha-salam); Fəraidus-simtəyn/ Əl-Xonsari;
43- Ummu Sələmə (rə); Sunənu Əbi Davud 4/107/4284
44- Ayişə bint Əbi Bəkr; Əl-fitən/
Nəim ibni Həmmad, səh. 229
45- Ummu Həbibə; Əl-burhan/ Əl-Muttəqi
Əl-Hindi, səh.
117, hədis/20
İmam Məhdi (ə.c.) haqqında həzrət peyğəmbərdən (s.ə.v.s.) hədis nəql etmiş 45 səhabənin adlarını sadaladıqdan sonra soruşuruq ki, görəsən hansı dəlilə əsasən qeyd etdiyimiz 44 səhabənin nəql etdikləri hədisləri kənara qoyub, yalnız Ənəs ibn Malikdən rəvayət edilmiş zəif və e’tibarsız olan vahid hədisi qəbul etmək olar? Bu ağıl və məntiqə uyğundurmu?
5 – Əgər əhli-sünnət
və şiə kitablarına baxsaq, orada Ənəs ibn Malikin peyğəmbər (s.ə.v.s.) imam Məhdi haqqında nəql etdiyi hədisləri görmək olar. Buna misal olaraq iki hədisi diqqətinizə çatdırırıq:
Birinci hədis:
...
عَنْ انس بن
مالك قال:
سَمِعْتُ
رَسُولَ الله
صلى الله عليه
[و آله] و سلم
يَقُولُ:
نَحْنُ وَلَدُ
عَبْدِ
الْمُطَّلِبِ،
سَادَةُ
اَهْلِ
الْجَنَّةِ:
اَنَا وَ
حَمْزَةُ وَ
عَلِىٌّ وَ
جَعْفَرٌ وَ
الْحَسَنُ وَ
الْحُسَيْنُ
وَ الْمَهْدِىُّ
...Ənəs ibn Malik nəql
edib ki, həzrət peyğəmbər (s) buyurdu:
«Biz Əbdül-Müttəlib övladları Behişt əhlinin rəhbərləriyik: Mən, Həmzə, Əli, Cə’fər, Həsən, Hüseyn və Məhdi.»[14]
İkinci hədis:
... عَنْ
انس بن مالك قَالَ:
كُنْتُ اَنَا
وَ اَبُوذَر
وَ سَلْمَان
وَ زَيْد بن
ثَابت وَ
زَيْد بن
اَرْقَمْ عِنْدَ
النَّبِىِّ
صلى الله عليه
و آله و سلم ... [قَالَ]:
... وَ هُوَ
الْحُجَّةُ
الَّذِى
يَمْلاَءُ
الْاَرْضَ
قِسْطًا وَ
عَدْلاً وَ
يَشْفِى صُدُورَ
قَوْمٍ
مُؤْمِنِينَ
«Ənəs ibn Malik nəql
edir ki, mən, Əbuzər,
Salman, Zeyd ibn Sabit və Zeyd ibn ərqəm peyğəmbər (səlləllahu ələyhi və Alihi və səlləm)-in yanında idik ki, o həzrət (s.ə.v.s.) me’rac əhvalatlarından və o cümlədən orada mə’sum imamların nurunu müşahidə etməsindən söz açdı və buyurdu: Mən allahdan soruşdum: Ey Rəbbim! Onlar kimlərdir? Allah-taala buyurdu:)... O (imam Məhdi (ə.c.) ilahi) höccətdir ki, yer üzünü haqq və ədalətlə dolduracaq və mö’min millətin qəlbinə şəfa verəcəkdir.»[15]
6 – Həmçinin Məhəmməd ibni Xalidin nəql etdiyi rəvayət barədə (yalnız İsa Məsih beşikdə danışmışdır və ya imam Məhdinin şəriəti İsa Məsihin tabe olduğu Musa peyğəmbərin şəriəti kimi itaət olunası və batil olmayandır və sair...) bu kimi bir sıra tə’na və izahlarda bəyan olunmuşdur. Lakin hədisin zəif və e’tibarsız olduğuna görə bu haqda danışmağı faydalı görmürük.[16]
Qeyd olunmuş mətləblərə əsasən artıq Məhəmməd ibn Xalid kimilərin nəql etdiyi zəif və e’tibarsız rəvayətlər və habelə imam Məhdi (ə) əqidəsinin inkar edilmə şübhəsi də qüvvədən düşür və onların puç və əsassız olması halı üçün aydınlaşır.
[1] Əl-mustədrək ələs-səhihəyn
(Hakim Neysaburi), 4/441, Kənzul ummal, (Əl-Muttəqi Əl-Hindi),
14/263/38656 və s...
[2] Muqəddimə (ibn Xəldun),
53-cü fəsil, səh 226
[3] «Munkər» sözü hədis
elminə əsasən e’tibarlı şəxslərin nəql etdiyi
hədislər qarşısında duran və ya rəvayətçiləri
silsiləsində e’tibarlı şəxslər olmayan vahid hədisə
deyilir. Belə bir hədisi nəql edən isə «Munkərul hədis»
adlanır. (Bax: Muqəddimətu ibn Əl-Səlah fi ulumil hədis,
14-cü növ, səh. 63-64)
[4] Mizanil e’tidal (Məhəmməd
Əl-Zəhəbi, vəfat: 748 h. q.), 3/535/7479
[5] «Məchul» sözü isə hədis
elminə əsasən elə bir hədisə deyilir ki, onu rəvayət
edənlərin adı «Rical» kitablarında qeyd olunsa da onların
əqidə və məzhəbi barədə heç bir nəzər
irəli sürülməmiş olsun və beləliklə də əqidə
və fikir baxımından məchul qalsınlar. Belə bir hədis
isə zəif və e’tibarsız hədislər cərgəsindədir.
(Bax: Miqbasul hidayə, Əllamə Maməqani, 1/397)
[6] Mizanul e’tidal (Zəhəbi),
3/535/7479
[7] Təqribut-təhzib (İbn
Həcər Əl-Əsqəlani), 2/71/5867
[8] Təqribut-təhzib (İbn
Həcər Əl-Əsqəlani), 9/122/6099
[9] Əl-mustədrək ələs-səhihəyn,
(Hakim Neysaburi), 4/442 (kitabul fitəni vəl məlahim). Qeyd etmək
lazımdır ki, o bu kitabı Buxari və Müslimin öz kitablarında
nəql etmədikləri səhih və e’tibarlı hədisləri
toplamaq üçün yazmışdır.
[10] Əl-bəyan fi əxbari
Sahib Əl-Zaman (ə), 11-ci hissə, səh. 123-124
[11] Mizanul e’tidal (Əl-Zəhəbi),
3/535/7479
[12] Təhzibut-təhzib,
9/121/6099
[13] Bax: İsalətul Məhdəviyyət
(Şeyx Məhdi Fəqih İmani), səh. 53-56
[14] Sunənu ibn Macə
(207-275 h. q.), 2/531-532/4087, Kitabul ğəybə (Şeyx Tusi) səh.
183, hədis/142 (azacıq fərqlə)
[15] Kifayətul əsər/
Əli ibn Məhəmməd Əl-Xəzzaz Əl-Razi (4-cü əsr
h. q.), səh. 73 (Qeyd etmək lazımdır ki, o bu kitabda Ənəs
ibn Malikdən imamların on iki nəfər olması və habelə
on ikinci imam barədə doqquz hədis nəql etmişdir. Bax:
Kifayətul əsər, səh. 68-78)
[16] Bax: Muqəddimə (ibn
Xəldun), 53-cü fəsil, səh. 226, 228, 229