Rəvayətlərdə imamların həzrət Məhdi (ə.c.)-a olan eşqlərinin şahidi oluruq. Onlar Peyğəmbəri-Əkrəm (s.ə.v.v.)-in verdiyi və`dəyə iman gətirmişlər və həzrət Məhdi (ə.c.)-ın təvəllüdündən qabaq gələcəkdə onun əli ilə baş verəcək işlərə agah imişlər. İndi isə Əmirəl-mö`minin Əli və İmam Sadiq (ə)-ın bu barədə buyurduqlarını qeyd edirik…
Həzrət Əli (ə) buyurur… «Bilin və agah olun ki, həzrət Mühəmməd (s.ə.v.v.)-in Əhli-beytinin məsəli asimanın ulduzları kimidir… hərgah bir ulduz qürub edərsə, digər bir ulduz çıxar. Sanki ilahi ne`mətlərin Peyğəmbər xanədanı sayəsində sizə tamamlandığını, sizin öz arzularınıza çatdığınızı görürəm.»[1]
Yenə buyurur… «Öz Peyğəmbərinizin Əhli-beytinə baxın… əgər sükut etsələr, siz də sükut edin, əgər sizdən kömək istəsələr, onlara kömək edin. Allah biz Əhli-beytdən olan bir kişinin vasitəsilə gözlənilmədən qurtuluş yaradacaqdır. Atam ən yaxşı kənizlərin oğluna qurban olsun! O, onlara (düşmənlərə) qılıncdan başqa bir şey əta etməz, onları məhv edib aradan aparar, silahı səkkiz ay müddətində çiynində olar (mübarizə edər), nəhayət qüreyşlilər deyər ki, «əgər bu şəxs Fatimə övladlarından olsaydı, bizə rəhm edərdi.» Başqaları öz həvayi-nəfslərini ilahi hidayətdən irəli keçirdikləri zaman, o, ilahi hidayəti öz nəfsani istəklərinə hakim edər, başqaları Qur`anı öz nəzər və rə`ylərinə əsasən təfsir edəndə, o, əməl və təfəkküründə Qur`anı me`yar qərar verər. Yer öz qəlbinin parçalarını (mə`dən və xəzinələrini) onun üçün xaric edər, açarlarını ona təslim edər. Bu zaman o, Peyğəmbərin tutduğu üslubu – ədalət üslubunu sizə göstərər, ondan qabaq unudulmaqda olan Kitab və sünnəni yenidən dirildər.»[2]
Başqa bir hədisdə buyurur… «Hikmət zirehini geyər, onu dinin bütün qayda-qanunları, agahlıq və ciddiyyətlə əxz edər. Çünki hikmət onun itiyidir və o da hikməti axtarır; (hikmət) onun ehtiyac duyduğu şeydir və onu istəyir. İslam, yorğunluqdan dizlərini qatlayan və boynunu yerə qoyan bir dəvə kimi qərib olanda, o da gözlərdən pünhan olar. O, Allahın yer üzündə saxlanmış höccəti, Peyğəmbər canişinlərindən olan bir canişindir.»[3]
Südeyr Seyrəfi deyir… Mən, Müfəzzəl ibni Ömər, Əbu Bəsir və Əban ibni Təğlib İmam Sadiq (ə)-ın hüzuruna getdik. O həzrət xeybəri paltarı geyərək yerdə oturmuşdu.
Pərişan və ürəyi yanan halda ağlayırdı və üzündən
dərin kədər və qəm-qüssə sezilirdi. O deyirdi… «Ey mənim sərvərim, sənin qeybətin yuxunu məndən almış, yer öz döşəyini mənim üçün daraltmış, qəlbimin aramlığını aparmışdır. Ey mənim sərvərim, sənin qeybətin mənim müsibət və giriftarçılıqlarımı əbədi müsibətlərə qovuşdurmuşdur ki, birini digərindən sonra əldən vermək bizim say və cəmiyyətimizin məhv olmasına səbəb olur. Heç hiss etmirəm ki, gözlərimin yaşları quruya, sinəmin naləsi sönə və aram ola...»
O həzrətdən belə bir hövlnak haləti müşahidə etmək və xoşagəlməz hadisəni eşitməklə ağlımız başımızdan
çıxdı, qəlbimiz gövrəldi və fikirləşdik ki, bu vəziyyət təhlükəli bəla, yaxud ruzigardan ona çatan bir bəla əlamətidir. Ona görə
də dedik… «Ey Allahın ən yaxşı bəndəsinin övladı! Allah gözlərinizi heç vaxt yaşlı etməsin! Hansı
hadisəyə görə bu qədər ağlayırsınız?! Hansı hadisə
sizi matəmə qərq
etmişdir?!»
Bu zaman İmam
(ə) xovfun şiddətini göstərən dərdli bir ah çəkdi, sonra buyurdu… «Vay olsun sizə! Bu gün sübh Cə`fərin
kitabında gördüm. O bir kitabdır ki, ölümlər, bəlalar
və müsibətlər barədə, keçmişdəki və Qiyamətə qədər olacaq elmlərdən ibarətdir. Allah bu kitabı
Mühəmmədə və ondan sonrakı imamlara məxsus
etmişdir. Bu kitabda biz Əhli-beytin Qaiminin təvəllüdü, uzun ömrü, uzun müddətli qeybə çəkilməsi və o dövrdə
mö`minlərin çətinliyə düşməsi, onun uzun müddət qeybdə olması nəticəsində qəlblərdə şəkk-şübhənin yaranması və camaatın əksəriyyətinin İslamdan çıxmasıdır. Belə ki, Allah-taala buyurur… «Biz hər bir insanın yaxşı və pis əməlinin nəticəsini və təqdirini onun boynuna atmışıq.» Bunu mütaliə edirdim ki, qəlbim
yandı, qəm-qüssə
mənə hakim kəsildi.»
Ərz etdik… «Yəbnə Rəsulillah! Bildiyiniz şeylərdən bizim üçün də bir az buyurun.» Həzrət buyurdu… «Allah-taala üç peyğəmbərin barəsində icra etdiyi bir şeyi bizim Qaimimiz barəsində icra edəcək… Onun təvəllüdü həzrət Musa (ə)-ın təvəllüdü kimi məxfi
olacaq, həzrət İsa (ə) kimi qeybə çəkiləcək, ömrü də həzrət Nuh (ə)-ın ömrü kimi müqəddər olunmuşdur. Bundan sonra Özünün layiqli bəndəsinin – həzrət Xızr
(ə)-ın ömrünü onun ömrünün (uzun olmasına) bir dəlil
qərar vermişdir.»
Biz dedik… «Yəbnə Rəsulillah! Bu mətləbi bizim üçün şərh edin.»
Həzrət buyurdu… «Fir`on öz hakimiyyətinin həzrət Musanın əli ilə məhv
olacağını bildikdə münəccimləri çağırdı. Onlar həzrət Musanın əsil-nəsəbini və Bəni-İsrail nəslindən olacağını Fir`ona dedilər.
O öz mə`murlarına göstəriş verdi ki, Bəni-İsrailin hamilə qadınlarının qarnını yırtsınlar (və bu təvəllüdün gerçəkləşməsinə mane olsunlar). Beləliklə iyirmi mindən
artıq körpənin başını kəsdilər. Allah-taala onun hifz olmasını iradə etdiyi üçün onu tapıb
öldürə bilmədilər. Bəni-Üməyyə və Bəni-Abbas da özlərinin zalım və istismarçı hakimiyyətlərinin Qaimin əli ilə məhv olacağını bildikdə, bizimlə düşmənçiliyə qalxdılar, Peyğəmbər Əhli-beytinin üzünə qılınc çəkdilər və Məhdi (ə.c.)-ı tutub öldürmək ümidi ilə Peyğəmbər övladlarını kütləvi şəkildə qırmağa başladılar. Lakin Allah-taala icazə vermədi
ki, onun əmri
zalımlara aşkar olsun, nəhayət müşriklərin
xoşuna gəlməsə də belə
Öz nurunu kamil etdi.
Amma İsa (ə)-ın qeybə
çəkilməsinə gəldikdə isə, yəhudilər və məsihilər hamılıqla onun qətlə yetirilməsinə inanırlar, lakin Allah-taala onların sözünü təkzib edərək buyurur… «Onlar onu (İsanı) nə öldürdülər, nə də dara çəkdilər, əksinə bu barədə şübhəyə düşdülər.»[4] Qaimin qeybəti də eynilə
belə olacaqdır… İslam
ümməti qeybət dövrünün uzun olduğuna görə
onu inkar edərlər.
Nuh (ə)-ın ömrünün uzun olmasına gəldikdə isə, o öz qövmü üçün səmavi əzab
istədiyi zaman Allah Cəbraili yeddi xurma dənəsi ilə onun yanına göndərdi. Cəbrail dedi… «Ey Allahın
peyğəmbəri! Mütəal Allah buyurur ki, bu camaat Mənim
yaratdığım bəndələrdir, Mən onları
yalnız höccət tamam olduqdan, də`vət çatdırıldıqdan sonra səmavi ildırım vasitəsilə aradan apararam. Belə isə, yenidən
ümmətini (haqqa) də`vət etmək üçün qayıt, çünki Mən onun səbəbilə sənə mükafat verəcəyəm. Bu xurma dənələrini ək, cücərib böyüdükdən sonra sən qurtuluşa və nicata nail olacaqsan. Öz mö`min ardıcıllarını bu işlə müjdələ.»
Xurma ağacları cücərib boy atdıqdan və uzun müddət keçdikdən sonra səmərə verdilər. Nuh Allahdan istədi ki, Öz və`dəsinə əməl etsin, amma Allah-taala bir daha ona əmr etdi ki, həmin xurma ağaclarının dənələrini yenidən əkib gözləsin və dəlil və höccəti camaata tamamlasın. Ona iman gətirənlərdən üç yüz nəfəri hadisədən xəbərdar olduqda mürtəd olaraq dedilər…
«Əgər Nuhun iddiası
və də`vəti
düz olsaydı, Pərvərdigarı Öz və`dəsinə xilaf çıxmazdı!» Beləliklə, müttəal Allah yeddi dəfə ardıcıl olaraq ona xurma dənələrini əkməyə və ağaclar
böyüyənə qədər gözləməyə əmr etdi. Hər dəfə də öz ardıcıllarından bir qrupu dindən çıxdılar, nəhayət onun ardıcılları yetmiş
nəfərə kimi azaldı.
Bu zaman ona belə vəhy olundu… «Ey Nuh, gecənin zülməti aydın
sübhə çevrildi, haqq-həqiqət aşkar oldu, iman zülalı küfrün kin-küdurətindən seçildi...»
İmam Sadiq (ə) axırda buyurdu… «Qaimin uzun qeybəti dövründə də belə olacaqdır ki, haqq tamamilə
aydın olsun, imanın səfası zülmətlərdən seçilib ayrılsın.»[5]