O gələcək!!!

Bismilla hir rəhmanirrəhim

Dünyanın bütün müxtəlif din və məzhəblərində vəsniyyət , kəlimiyyət , məsihiyyət , məcusiyyət , islam və s . hamısında insanlara olunan cinayət və xəyanətlərə son qoyacaq və dünyanın vahid hökumət birliyini yaradaraq , ədalət və azadlıq əsasında möhkəmləndirəcək bir sülhavərin axır zamanlarda zühur edəcəyi barəsində danışılmışdır . Dünyanı sülhlə dolduracaq şəxsin haqqında Qur ` ani məciddən əlavə bütün asimani kitablarda İncil Tövrat və Zəburda da gəlmişdir .

Düzdür Qur ` ani Məciddən başqa bütün asimani kitablar ki , bu gün mövcuddur hamısı təhrifə uğramışdır . Lakin bununla yanaşı bə ` zi mətləblər digərlərinin xəyanətkar əllərindən amanda qalmışdır ki , onlarda dünyanı sülhlə dolduracaq şəxsin vədəsi verilmiş Məhdi ( ə )- ın və dünyanın vahid hökumət banisinin gəlişi barədə danışılmışdır . Bu mətləblər qabaqcadan xəbər vermə və gələcəyə aid olduğu üçün və onların müzmunları Qur ` ani - Məciddə , mütəvatir və qət ` i olan islam xəbərlərində gəldiyindən mə ` lum olur ki , bu ibarətlər vəhy bulağından qaynayaraq , xəyanətkar insanların əllərindən tarix boyu amanda qalmışdır .

İndi isə burada vədəsi verilmiş Məhdi ( ə ) haqqında olan mətnlərin bəzi qismətlərini yəhudilərin , məsihilərin , zərduştların müqəddəs kitablarından və öz ardıcılları arasında səmavi kitab kimi tanınmış digər kitablardan gətirək ki , məhdəviyyətin köklü olması və Məhdi ( ə ) zühurana olan etiqadın ümümdünyəviliyi aydınlışsın .

Vədəsi verilmiş Məhdi ( ə ) Davud ( ə )- ın Zəburunda

Davud ( ə )- ın Zəburunda əhdi ətiq - in məzamir ünvanı altında həzrət Məhdi ( ə . c .)- in zühuru haqqında mətləblər gəlmişdir . Demək olar ki , Zəburun hər qismətində o həzrətin zühuruna işarə olunmuş və şərr insanlara salehlərin qələbəsi , yer üzündə vahid hökumətin təşkili , müxtəlif din və məzhəblərin bir möhkəm dinə çevrilməsi haqqında ibarətlər vardır ....

Ardı olacaq . İnşallah !